Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə "Mənim hekayəm" adlı inşa müsabiqəsi keçirilib.
20 iyun 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə "Mənim hekayəm" adlı inşa müsabiqəsi keçirilib. Müxtəlif sözlər və aforizmlər yazılan biletləri çəkən iştirakçılar biletlərin məzmununa uyğun olaraq ən yaxşı hekayəni yazmaq uğrunda mübarizə aparıb. Müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə sərbəst şəkildə fikrini ifadə edə bilmək və inşa yazmaq bacarıqlarının formalaşdırılmasıdır. İştirakçılar verilən vaxt ərzində öz fantaziyalarından, həyatda müşahidə etdikləri və şahidi olduqları hadisələrdən istifadə etməklə ilk hekayələrini yazıb. Sonda qaliblərə Mingəçevir Gənclər Evinə məxsus hədiyyələr təqdim edilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.