“İş Qatarı” təliminin birinci mərhələsi başa çatıb
21 iyun 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tərəfdaşlığı, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin sosial və iqtisadi inkişafı” layihəsi çərçivəsində "Biznes Məktəbi" təliminin birinci mərhələsi başa çatıb. Təlimlər zamanı müxtəlif bilik və bacarıqlar əldə edən iştirakçılar təşkilatçılara, "İş Qatarı" təliminin kollektivinə və Mingəçevir Gənclər Evinə öz təşəkkürünü bildirib. İştirakçılarla görüşən müəssisənin direktoru Tural Kərimov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.