Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyəli Səfiri Gennadiy Axramoviç Mingəçevir şəhər Gənclər Evinin qonağı olub
19 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Belarusiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyəli Səfiri Axramoviç Gennadiy Vladimiroviç öz xanımı ilə birlikdə Mingəçevir şəhərində işgüzar səfərdə olub. Qonaqları Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qarşılayıb. Görüş zamanı ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Günün ikinci yarısında səfir şəhərin Heydər Əliyev Mərkəzi, Tarix Muzeyi, Sahil parkı və Kür Olimpiya Mərkəzində olub. Belarusiyanın Azərbaycandaki Səfiri Axramoviç Gennadiy Vladimiroviç Gənclər Evinin qonağı olarkən, Mərkəzdə fəaliyyət göstərən kurslar və dərnəklərlə yaxından tanış olub, gənclərlə söhbət edib, onların fəaliyyətini yüksək qiymətləndirib. Gördüklərindən məmnunluğunu bildirən səfir, şəhər sakinlərinin qonaqpərvərliyini də vurğulayıb.

2012-ci ilin may ayında Mingəçevir şəhərində imzalanmış birgə bəyannaməyə əsasən, Belarus Respublikasının Polosk şəhəri ilə (şəhərin 1150 illiyi münasibətilə) qardaşlaşma müqaviləsi imzalanıb. 2013-cü ildə Mingəçevir şəhərinin 65 illiyi münasibətilə Polosk şəhərinin rəhbər heyəti Mingəçevir şəhərində qonaq olub və bayram tədbirində iştirak ediblər. 22-27 noyabr 2016-cı il tarixlərdə şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti Belarus Respublikasının Polosk şəhərinə səfər ediblər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.