"Şirvan Regional Debat Mərkəzi"nin təşkilatçılığı ilə 3 günlük növbəti debat təlimləri
11 iyun 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

09 - 11 iyun 2019 - cu il tarixlərdə Şirvan Gənclər Evinin nəzdində fəaliyyət göstərən "Şirvan Regional Debat Mərkəzi"nin təşkilatçılığı ilə 3 günlük növbəti debat təlimləri keçirilmişdir. Təlimdə Şirvan Gənclər Evinin “Debat klubu”nun üzvləri və kluba yeni qoşulan gənclər və Gənclər Evinin könüllülər də iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.