“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimləri
19 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, şəhər Gənclər və İdman İdarəsi və Gənclər Evinin təşkilati dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsi çərçivəsində həyata keçirilən təlimlər davam edir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin növbəti təlimləri Mingəçevir şəhər Gənclər Evində baş tutub. Universitet və Kollec tələbələrini əhatə edən təlimlərin məqsədi - iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə nəzəri və təcrübə təlimləri təşkil etməklə iştirakçıları ətraflı məlumatlandırmaqdır.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən layihənin növbəti hissəsində təlimlər zamanı fəal iştirak edən gənclər qazandıqları təcrübələrini sərgiləmək üçün xarici dil təlimlərinə cəlb olunacaqlar. Bununla paralel olaraq onlar üçün bir sıra mədəniyyət və turizm ocaqlarına infoturlar, təcrübə proqramları nəzərdə tutulub.

Üç ay davam edəcək layihəni uğurla başa vuran gənclərə diplomlar təqdim ediləcəkdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.