“Regionlarda vətənpərvərliyin təbliği” adlı təlim
07 iyun 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

07 iyun 2019-cu il tarixində “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində rayon gəncləri arasında vətənpərvərlik, Qarabağ və aprel döyüşlərində vuruşan qəhrəmanlarımızı tanıtmaq, unutdurmamaq məqsədi ilə “Regionlarda vətənpərvərliyin təbliği” adlı təlim keçirildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.