“Sosial mediada hüquqlarım” mövzusunda təlim
07 iyun 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evinin tərkibində fəaliyyət göstərən “İKT və İnnovasiyalar” dərnəyinin rəhbəri Firəngiz Telmanlının təşkilatçılığı ilə “Sosial mediada hüquqlarım” mövzusunda təlim keçirilib. Müəssisənin hüquqşünası Arifə Məmmədova informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyətlə bağlı iştirakçılara məlumat verib, kiber təhlükələr, onlara qarşı mübarizə üsulları, həmçinin insan hüquqları sahəsində mövcud yerli və beynəlxalq qanunvericilik aktlarını gənclərin diqqətinə çatdırıb. Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.