“İlin Yekunları”na həsr olunmuş iclas
17 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Regional Debat Mərkəzi və Mingəçevir şəhər Gənclər Evinin təşkilatçılığı ilə “İlin Yekunları”na həsr olunmuş iclas keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadiqzadə hərkəsi salamlamış və cari ildə görülən işlərdən və qazanılan uğurlardan danışmışdır. Daha sonra çıxış edən Mərkəzin sədr müavini Samir Şükürov 2017-ci ildə planlaşdırılan tədbirlər və forumlar haqqında iştirakçılara geniş məlumat vermişdir.

Tədbirin ikinci hissəsində gənclərin istəklərini nəzərə alaraq Mingəçevir Regional Debat Mərkəzinin sədri tərəfindən “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.