“Fərdi özünüinkişaf təlimləri”
30 may 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

30 may 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının davamlılığının təmin edilməsi məqsədi ilə Şirvan gəncləri üçün təlim keçirildi. Təlimçi "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva oldu. Sonda iştirakçılar şəhadətnamə ilə təltif olundular.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.