"Region gənclərinin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin növbəti təlim günü
30 may 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə keçirilən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin "Region gənclərinin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin növbəti təlim günündə “Ətraf mühitin qorunması ilə bağlı həll yolları, sağlam ətraf mühitdə yaşamaq konsepsiyasının təbliği” mövzuları öz əksini tapıb. Yaşadığımız Yer kürəsinin müdafiə olunmasında qarşıya çıxan problemlərin tədqiqi ilə tanış olan iştirakçılar tətbiq edilən həll yollarını nəzərdən keçirib. Qarşıda duran məsələnin vacibliyinin dərk olunması, gənclərin fikir və düşüncələrinin öyrənilməsi məqsədilə mövzuya uyğun qrup tapşırıqları icra olunub. Tapşırıqlar zamanı hər komanda ətraf mühitin qorunması ilə bağlı həll yollarını araşdırıb, problemin həllində istifadə edilə biləcək üsullar təklif edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.