“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində ikinci seminar
17 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 17 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində ikinci seminar keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul, muzeyin baş rəssamı Tariyel Bəşirov, Bakı Humanitar Kollecinin tələbələri və ASAN könüllüləri iştirak etmişdirlər.

Tədbiri Sevinc Süleymanova giriş nitqi ilə açaraq qonaqları salamlamışdır. O bildirmişdir ki, Azərbaycanın xalq-tətbiqi sənəti olan xalçaçılıq xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutmuş və tarixən böyük inkişaf yolu keçmişdir.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi Jalə Tofiqqızı və layihənin koordinatoru Fuad Rəsul layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat vermişdirlər. Qeyd olunmuşdur ki, layihənin məqsədi - ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılığın tarixinin öyrənilməsi və gənclər arasında təbliğ olunmasıdır.

Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Xalça Muzeyinin baş rəssamı, Lətif Kərimovun tələbəsi Tariel Bəşirov Azərbaycan xalçaları, naxışlar, ornamentlər və onların mənaları barədə ətraflı məlumat vermiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.