“İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində beşinci tədbir“Yaşıl Təfəkkür” layihəsi çərçivəsində “Ekoloji problemlər” mövzusunda növbəti təlim
17 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu”MMC-nin təşkilatçılığı ilə 17 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində beşinci tədbir keçirilmişdir.

“İdeal qadın” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ekspert - Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, yazıçı, dramaturq Elnurə Abdullayeva və layihə iştirakçıları olan xanımlar iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan rəis müavini Sevinc Süleymanova layihə haqqında ümumi məlumat verərək bildirmişdir ki, layihə gənc xanımların müxtəlif mövzular - psixoloji, tibbi, geyim mədəniyyəti, idarəetmə - üzrə bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirilməsi məqsədilə həyata keçirilir. Daha sonra dramaturq Elnurə Abdullayeva iştirakçılara öz yaradıcılığı haqqında danışmışdır. 11 əsərin müəllifi olduğunu qeyd edən yazıçı əsərlərində əsasən yaşadığı, şahidi olduğu hadisələri, ermənilər tərəfindən Qarabağın işğalı zamanı baş vermiş dəhşətli anları təsvir etdiyini bildirmişdir. Tədbirin gedişatında qonaq iştirakçıların suallarını cavablandırmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.