“Yaşıl Təfəkkür” layihəsi çərçivəsində “Ekoloji problemlər” mövzusunda növbəti təlim
10 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti, “ASAN School” Könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “ASAN Könüllüləri” Təşkilatı, Ekoloji Analitik İnformasiya Agentliyinin (ECORES) birgə təşkilatçılığı ilə 10 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “Yaşıl Təfəkkür” layihəsi çərçivəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov tərəfindən “Ekoloji problemlər” mövzusunda növbəti təlim keçirilmişdir.

Layihənin məqsədi - uşaqlar vasitəsilə valideynlər və onların əhatəsində olan digər şəxslər arasında yaşıl təfəkkürün formalaşdırılması, təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.

Layihə çərçivəsində 20 nəfərdən ibarət xüsusi təlimçilərin hazırlanması və həmin təlimçilər tərəfindən məktəblərdə şagirdlərə ekologiya və təbiətin qorunması ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.