“İŞIQ - FOR WOMAN” adlı sosial layihə çərçivəsində dördüncü tədbir
10 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə 10 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “İŞIQ - FOR WOMAN” adlı sosial layihə çərçivəsində dördüncü tədbir keçirilmişdir.

“İncə zövqlər” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, ekspert modelyer-dizayner Şəlalə Maqsudova və layihənin iştirakçıları olan xanımlar iştirak etmişdirlər.

Şəlalə Maqsudova əvvəlcə modanın yaranma tarixi haqqında iştirakçılara məlumat vermiş, xanımlarla zövqlü geyinmək, hər zaman baxımlı olmaq barədə fikirlərini bölüşmüşdür. Diskussiya formasında keçən görüşün gedişatında modelyer iştirakçılara istifadə olunmuş geyimlərdən yeni geyim növləri hazırlamaq qaydalarını izah etmiş və bir nümunə üzərində əyani şəkildə bunu göstərmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.