”Uşaq hüquqlarının effektiv təbliğ olunması” mövzusunda təlim kursu
09-10 dekabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 09-10 noyabr 2016-cı il tarixlərdə Suraxanı rayon Gənclər Evində “Uşaq hüquqlarının effektiv təbliğ olunması” mövzusunda təlim kursu keçirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi – baş məsləhətçisi Pərviz Əliyev tərəfindən təqdim edilən təlimdə iştirakçılara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq konvensiyalarda uşaq hüquqları, onların hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasəti və bu sahədə qrup işi, həmçinin uşaqların inkişaf, yaşama, iştirak hüquqları barədə ətraflı məlumatlar verilmiş, qarşılıqlı fikir mübadilələri, müzakirələr aparılmışdır.

Təlim iştirakçıları təhsil müəssisələrində uşaqlarla çalışan pedaqoji kadrlardan ibarət olmuşdur. Müzakirələr zamanı təhsil işçiləri məktəblərdə uşaq hüquqlarının təmin olunması ilə bağlı həyata keçirilən işlərdən, burada uşaqlara yaradılan şəraitdən danışmışdırlar.

Sonda Nazirlik tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.