“Gənclər Evinin qonaqları” - öz sahələrində tanınmış idmançılarla gənclərin görüşü
10 dekabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Dövlət Universiteti Ritorika Universal Klubunun birgə təşkilatçılığı ilə 10 dekabr 2016-cı il tarixdə şəhər Gənclər Evində öz sahələrində tanınmış məşqçi və idmançılarla gənclərin görüşü təşkil olunmuşdur. Görüşdə qol güləşi üzrə Avropa Çempionatıın bürünc mükafatçısı Zöhrab Məhsimov, Dünya və Avropa Çempionu Vilayət Namazov, Avropa Çempionatının gümüş medalçıları Zülfü Quliyev və Məhəmməd Namazov iştirak etmişdirlər.

Görüş zamanı idmançılar zirvəyə doğru, uğurun əldə olunmasına gedən yollarından danışmışlar, öz təcrübələrini gənclərlə bölüşmüşlər və onlara ünvanlanan sualları cavablandırmışdırlar. Onlar həmçinin idmanda heç nəyin asan əldə olunmadığını, böyük nəticələrə nail olmaq üçün çox çalışmaq lazım olduğunu və bunun həm də mütəmadi məşqlərdən keçdiyini qeyd etmişdirlər.

Sonda idmançılarla xatirə şəkli çəkdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.