“Yaşıl Təfəkkür” layihəsinin ilk təlimləri
03 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti, “ASAN School” Könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “ASAN Könüllüləri” Təşkilatı, Ekoloji Analitik İnformasiya Agentliyinin (ECORES) birgə təşkilatçılığı ilə 03 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “Yaşıl Təfəkkür” layihəsinin ilk təlimləri keçirilib.

Layihənin ilk təlimi “Planetimizdəki həssas ekoloji tarazlıq və ekoloji problemlərin həlli yolları” mövzusunda “Təbiət Elmləri” İctimai Birliyi tərəfindən keçirilib. Diskussiya formasında keçən təlimdə gənclərə ekoloji sfera haqqında məlumatlar verilib.

Layihənin məqsədi - uşaqlar vasitəsilə valideynlər və onların əhatəsində olan digər şəxslər arasında yaşıl təfəkkürün formalaşdırılması, təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.

Layihə çərçivəsində 20 nəfərdən ibarət xüsusi təlimçilərin hazırlanması və həmin təlimçilər tərəfindən məktəblərdə şagirdlərə ekologiya və təbiətin qorunması ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.