“İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində üçüncü tədbir
03 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə 03 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində üçüncü tədbir keçirilib.

“Güclü qadın” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, ekspert - “Eros” Psixologiya Mərkəzinin psixoloqu Elnarə Eminova və layihə iştirakçıları olan xanımlar iştirak ediblər.

Psixoloq E.Eminova öz çıxışında iştirakçılara müasir dövrdə müxtəlif sahələrdə qarşıya çıxan problemlərin öhdəsindən uğurla gəlmək üçün onlarda özünəinam və özünüqiymətləndirmək bacarığının formalaşdırmağın vacibliyini qeyd edib. Tədbirin gedişatında iştirakçıların güclü və zəif tərəflərini, onların özünü motivasiya etmə qabiliyyətini müəyyən etmək üçün psixoloji testlər keçirilib. Sonda ekspert xanımların suallarını cavablandırıb.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.