“Sağlam qida – Sağlam həyat” mövzusunda elmi-praktik konfrans
07 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IX qrant müsabiqəsinə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən “Sağlam qida – Sağlam həyat” adlı layihə təqdim edilmiş və sözügedən layihə müsabiqənin qaliblərindən biri olmuşdur.

Layihənin əsas məqsədi - elmi-praktik konfranslar vasitəsilə Yevlax, Mingəçevir şəhərləri və Ağdaş, Ucar rayonlarında gənclərin sağlam qidalanma və sağlam həyatla əlaqədar biliklərinin artırılmasından ibarətdir.

Layihənin vəzifələri aşağıda qeyd olunmuşdur:
• Elmi-praktik konfranslarda 4 şəhər və rayonun hər birində 150 nəfər olmaqla 600 nəfər gəncin iştirakının təmin edilməsi;
• Sağlam gəncliyin formalaşmasına, gənclərin fiziki inkişafına və milli genefondumuzun qorunmasına dəstək verilməsi;
• Qida təhlükəsizliyi, sağlam qidalanma və onun mahiyyəti barədə gənclərin elmi bilgilərinin artırılması;
• Bu nəticələr barədə tədbirlərin görülməsi məqsədilə gənclərin aidiyyəti üzrə məlumatlandırılması;
• Qida təhlükəsizliyi və sağlam qidalanma haqqında gənclərin biliklərinin yoxlanılması üçün sorğunun həyata keçirilməsi;
• Gənclər vasitəsilə təbliğat aparılaraq valideynlərə, cəmiyyətə müvafiq məlumatın çatdırılması;
• Sağlam qida və sağlam həyat barədə maarifləndirici çap materiallarının hazırlanması və paylanılması;
• Elmi-praktik konfranslar zamanı sağlam qidanın üstünlükləri ilə bağlı video-çarxın nümayiş etdirilməsi.

Layihənin icra planına uyğun olaraq, cari ilin 06-07 dekabr tarixlərində Yevlax, Mingəçevir şəhərlərində, 08-09 dekabr tarixlərdə isə Ağdaş, Ucar rayonlarında “Sağlam qida – Sağlam həyat” mövzusunda elmi-praktik konfranslar keçirilmişdir. Konfranslarda təxminən 600 nəfərdən çox gəncin iştirakı ilə yanaşı, şəhər/rayon İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələrinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Mütəxəssis, səhiyyə üzrə ekspert Cəmilə Kərimova “Sağlam və təhlükəsiz qidalanmanın həyatımızda yeri və rolu” mövzusunda geniş məruzə etmiş və gənclərə təlim keçmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.