“Günəşin nuru” adlı antologiyanın təqdimatı
14 mart 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

14 mart 2019-cu il tarixdə Şirvan Gənclər Evinin təşkilatçılığı ilə respublikamızın müxtəlif bölgələrindən olan gənclərin şeirlərindən ibarət kitabın (antologiya) təqdimatı keçirilmişdir. Təqdimatda layihənin rəhbəri Esmira Günəş layihə haqqında gənc yazarları məlumatlandıraraq öz şeirlərini səsləndirmişdir. Təqdimatda kitabda şeirləri olan gənclər, ədəbiyyata marağı olan gənclər, Mərkəzi şəhər Kitabxanasının əməkdaşları, “Ədəbiyyat dərnəyi”nin üzvləri, Şirvan Gənclər Evinin könüllüləri iştirak etmişdir. Təqdimatın sonunda gənc yazarlar kitablarını imzalayaraq iştirak edən gənclərə hədiyyə etdilər. Respublikamızın müxtəlif bölgələrindən olan gənc yazarlar müxtəlif kitablarını Şirvan Gənclər Evinin kitabxanasına hədiyyə etdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.