“Şirvan Regional Debat Mərkəzinin hazırlıq təlimləri”
12-13 mart 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

12-13 mart 2019-cu il tarixlərdə Şirvan Gənclər Evinin nəzdində fəaliyyət göstərən "Şirvan Regional Debat Mərkəzi"nin təşkilatçılığı ilə 2 günlük təlimlər keçirilmişdir. Təlimdə Şirvan Gənclər Evinin “Debat klubu”nun üzvləri və kluba yeni qoşulan gənclər və Gənclər Evinin könüllülər də iştirak etmişdir. Təlimlər Yaz Debat Forumuna Hazırlıq məqsədilə təşkil olunmuşdur..

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.