“Novruz” sərgisi
15 mart 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

15 mart 2019-cu il tarixində “Gəncə Gənclər Evi”nin incəsənət bölməsinin tələbələrinin əl işlərindən ibarət “Novruz” sərgisi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Gəncə Gənclər Evi”nin direktoru Amil Qurbanov mərkəzin istedadlı tələbələrinin əl işlərinin sənətsevərlərə, geniş kütləyə təqdim olunması baxımından əhəmiyyətindən danışıb, tələbələri təbrik edərək gələcəkdə belə sərgilərin mütəmadi olaraq təşkil olunmasını arzulayıb. Tədbirdə Teatr klubunun üzvlərinin milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqsdən ibarət nömrələri tədbirə gələnlər tərəfindən sevinclə qarşılanıb. Sərgidə Gənclər üçün təhsil mərkəzinin üzvləri, Gəncə uşaq evinin uşaqları və şəhərin aktiv gəncləri iştirak etmişlər. Tədbir Gənclər üçün təhsil mərkəzinin təşkil etdiyi xeyriyyə məqsədilə təşkil olunmuş əyləncəli Novruz şənliyi ilə davam etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.