“Al-Əlvan Qarabağ -2” layihəsi”
13 mart 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

“Qarabağın tarixi abidələri - Tariximizin ARXİVİ!” devizi altında “Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində silsilə sərgilərin keçirilməsinə başlanılıb.

13 mart 2019-cu il tarixində Gəncə şəhər Gənclər Evində baş tutan sərginin rəsmi hissəsində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müsfiq Cəfərov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova, eləcə də Gəncə şəhərinin fəal gəncləri iştirak edib.

Rəsmi hissə yekunlaşdıqdan sonra sərgi ziyarətçiləri əsərlərə baxış keçirdi. Qeyd edək ki, sərgidə 25 əsər nümayiş edildi. Nümayiş olunan əsərlər Gəncə Gənclər Evinin metodisti və dekorativ tətbiqi sənət müəllimi Sona Məhərrəmovanın tələbələri tərəfindən çəkilib.

Sərginin ümumi səs verməsi nəticəsində ən yaxşı 3 əsərin qaliblərinə təltifnamələr təqdim olundu.

Qaliblərin siyahısı:
I Yer : Kazımova Çinarə – Kəlbəcər rayon Xudavənd monastr kompleksi
II Yer: Əlişova İlahə – Ağdam çörək müzeyi
III Yer: İsmayılova Gülçin – Kəlbəcər rayonu vəngli kəndi Alban Gəncəsar məbədi

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.