“Peşə və ixtisas seçimi“ mövzusunda görüş
03 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“EduTrend” Hazırlıq Kurslarının təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində məktəblilərlə müxtəlif peşə sahiblərinin “Peşə və ixtisas seçimi“ mövzusunda görüşü keçirilmişdir. Görüşdə kursun iştirakçıları, şəhər 13 və 14 nömrəli orta məktəblərin 7-9-cu sinif şagirdləri iştirak etmişdirlər.

Tədbirin birbaşa təşkilatçısı - “EduTrend” Hazırlıq Kurslarında Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən müəllim-psixoloq Günel Məcidova şagirdləri sevimli aktyorumuz Kamran Yunis, novator şairimiz Mirzə Ələkbər Sabirin nəticəsi Nurlan Tahirli və yazar Svetlana Sultan Məcid ilə görüşdürmüşdür.

Tədbir zamanı qonaqlar şagirlərin müxtəlif yönümlü suallarını cavablandırmış, onlara öz qısa həyat hekayələrini anlatmış, həmçinin mübariz olmağı tövsiyə etmişdirlər. Yazar Svetlana Sultan Məcid çoxsaylı istəklərdən sonra bir neçə qısa etudlərini oxumuşdur.

Bundan əlavə, tədbir müddətində şagirdlər müxtəlif tapşırıqları komanda şəklində yerinə yetirmiş və sevimli peşələri haqqında individual təqdimatlar etmişdirlər. Sonda iştirakçılar növbəti görüşün mövzusunu öz istəklərinə uyğun seçilməsi üçün yazılı şəkildə müraciət etdilər.

Qeyd olunan tədbirlər məktəblilərin həyati bacarıqlarını inkişaf etdirmək məqsədilə mütəmadi olaraq “EduTrend” Hazırlıq Kursları tərəfindən təşkil edilir. İştirak etmək istəyən şəxslər Gənclər Evinin 3-cü mərtəbəsində yerləşən baş ofisə müraciət edə bilərlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.