“DanceChallange” adlı yarış
11 mart 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

11 mart 2019-cu il saat 15:00 tarixində “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində üç müsif heyətinin iştirak etdiyi “DanceChallange” adlı yarış keçirildi. Yarışın keçirilməsində məqsəd gənclərin rəqsə olan maraqlarını artırmaq və musiqi biliklərini möhkəmləndirməkdən ibarət idi.

Yarışın qalibləri:
1.Ağayeva Simuzər
2.Qarayeva Gülnar
3.Əzizova Saray
Qaliblər mart ayında keçriləcək Saatlı Gənclərinin I Forumuda mükafatlandırılacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.