“Güllərin dili ilə” adlı rəsm sərgisi
07 mart 2019 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt Gənclər evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Güllərin dili ilə” adlı rəsm sərgisi keçirilmişdir.

07 mart 2019-cu il tarixdə Sumqayıt Gənclər evi və Nigart rəsm studiyasının birgə təşkilatçılığı ilə Gənclər evində “Güllərin dili ilə” adlı rəsm sərgisi keçiilmişdir. 40-a yaxın gəncin iştirakı ilə keçirilən sərgidə ilk öncə Gənclər evinin direktoru Pəri Vəliyeva çıxış edərək hər kəsi salamlamış və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək həyatlarında uğurlar arzulamışdır. Daha sonra gənc rəssamların çəkdiyi rəsmlərə baxış keçirildikdən sonra yer tutan gənc rəssamlara Sumqayıt Gənclər evinin sertfikatları və hədiyyələri təqdim olunmuş və sonda xatirə şəkli çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.