8 mart beynəlxalq qadınlar günü münasibətilə tədbir
07 mart 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

07 mart 2019-cu il tarixində “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində bayram tədbiri keçirildi.Tədbiri giriş sözü ilə müəssisənin direktoru Əzizağa Quliyev açaraq, 8 mart beynəlxalq qadınlar günü münasibətilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin xanım işçilərinə və könüllülərini təbrik etdi. Gənclərlə iş sahəsində xanımların rolunun əhəmiyyətini vurğuladı. Eyni zamanda bəzi xanım işçilərə və Gənclər evinin könüllülərinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.