“Zərif intellektuallar-2” lahiyəsi
05 mart 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

5 mart 2019-cu il tarixdə Şirvan Gənclər Evində 8 Mart – “ Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təşkil olunmuş “Zərif intellektuallar-2” lahiyəsi çərçivəsində keçirilən “Breyn-ring” intellektual oyununun son seçim turu – IV seçim turu keçirildi. IV turda iştirak edən 8 komanda (5 nəfər qız) üzrə 40 nəfər gənc qız iştirak etdi, ən yüksək xal toplayan 2 komanda – “Zirvə” və “Debat klub” komandaları 07 mart 2019-cu il tarixdə keçiriləcək final turuna vəsiqə qazandı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.