“Hərbi Vətənpərvərlik Mahnıları Festivalı”
01 mart 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramına uyğun olaraq 01 mart 2019-cu il tarixində Saatlı rayon İcra Hakimiyyəti, Saatlı rayon Gənclər və İdman İdarəsi, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi, Heydər Əliyev Mərkəzi və Bülbül adına uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində “Hərbi Vətənpərvərlik Mahnıları Festivalı” keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra vətənpərvərlik, mahiyyəti, tarixi və kökü haqqında məlumat verildi. Sonda Vətənpərvərlik haqqında musiqi nömrələri səsləndirildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.