Suraxanı Gənclər Evində "Kişi beyni Qadın beyni" adlı seminar keçirilib
28 fevral 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Kişi beyni Qadın beyni" adlı seminar keçirilib.

Seminarda Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, PXTİB-nin "Gənclərlə iş" şöbəsinin rəhbəri Həlimə Tağıyeva, PXTİB-nin Biznes və Start up departamentinin sədri Rövşən Şərifov, Sosial iş departamentinin sədri Arzu Rişanova, gənclər evinin əməkdaşları və gənclər iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsədi gənc və orta nəsil arasında bəzi qadın və kişi münasibətlərində olan fərqlərin və müxtəlifliklərin səbəbini aydınlaşdırmaqdan ibarət olduğu çatdırılıb və məsələyə psixoloji aspektdən yanaşması müzakirə olunub.

Seminarın gedişatında hansı cinsin daha çox diqqətcil olduğunu təyin etmək üçün kiçik bir oyun da keçirilmişdir. Doğru qərar qəbul olunması və hər iki cinsin nümayəndələri arasında ortaq nəticəyə gəlməsi üçün seminarın sonunda gənclərin gözü ilə "Xoşbəxtliyin 10 qaydası" müəyyən olunub.

Seminarın sonunda aktiv iştirak edən gənclərə “Təşəkkürnamə" verilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.