“İctimai birliklərin idarə edilməsi” mövzusunda təlim
22 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

22 fevral 2019-cu il tarixində “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi və "Tərəqqi " Sosial Tədqiqatlar İB birgə təşkilatçılığı ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində “İctimai birliklərin idarə edilməsi” mövzusunda təlim keçirildi. Təlimdə 30-dən çox gənc, “Saatlı Gənclər evi” və digər müəssisələrin əməkdaşları iştirak etdi. Təlimi “Saatlı Gənclər evi” sosial xidmət müəssisəinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Daha sonra təlimçi Asif Hacıyev təlim iştirakçılarına ictimai birliyin təşkilatı sturukturu və idarə edilməsi, vakansiyalar üzrə iş təsvirləri, vakansiya üzrə elanın verilməsi və tələbləri, vakant yerlərin elan edilməsi, layihəni necə idarə edilməsi, ictimai təşkilatların prinsipləri, maliyyə mənbələri, idarə heyətinin kollegial icra orqanı olması, ictimai birliklərdə könüllülük fəaliyyəti, təşkilata lazım olan işçi heyətinin müəyyən edilməsi, qrant vermək hüququnun əldə edilməsi üçün təqdim olunan sənədlər barədə məlumat verdi. Sonda gənclərin sualları cavablandırıldı və fikirləri öyrənildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.