"Öz işini qur” layihə
22 fevral 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər evində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən, Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş “Öz işini qur” layihəsi çərçivəsində 22-24 fevral tarixlərində Gəncə şəhərində 60 gəncə Azərbaycanda sahibkarlıq, bazarın araşdırılması və marketinq, biznes ideyalarının formalaşdırılması, büdcə planının hazırlanması və biznes planın yazılması qaydaları haqqında təlim keçilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.