"Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda” online təlim
28 fevral 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin təşkilatçılığı ilə, 28 fevral 2019-cu il tarixində, idxal və ixracla məşğul olan sahibkarlar üçün, “Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda, Gəncə şəhər Gənclər Evinin tədbir zalında, onlayn təlim keçirilmişdir. Tədbirdə ümumilikdə 30 nəfər iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.