Novruz-2019 Açıq Şahmat Turniri keçirilmişdir
02-03 mart 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evinin təşəbbüsü ilə 2-3 mart tarixlərində "Novruz-2019" Açıq Şahmat Turniri keçirilmişdir.

Turnirin keçirilməsində əsas məqsəd iştirakçıların sağlam gənc kimi yetişdirilməsi və cəmiyyətdə layiqli yer tutmaları, beynəlxalq yarışlara hazırlanması, bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

"Novruz-2019" Açıq Şahmat Turnirində Gənclər Evinin rəhbəri Natavan Rüstəmova, o cümlədən şahmat sahəsində təcrübəli mütəxəssislər, eyni zamanda baş hakim İbrahim Babayev, hakimlər Anar Babayev və Günay Umudova da yer almışdır.

Təşkil olunan turnirə rayonun qəsəbələri ilə yanaşı ətraf qəsəbələrdən də iştirakçılar qatılmışdır. Keçirilən turnirdə iştirak edən və qalib gələn iştirakçılar, diplom və hədiyyələr ilə təltif olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.