“Əsrin Faciəsi Xocalı Beynəlxalq aləmdə” adlı konfrans
25 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

25 fevral 2019-cu il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində “Əsrin Faciəsi Xocalı Beynəlxalq Aləmdə” adlı konfrans keçirildi. Konfransda “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Xanımbikə Əliyeva gənclərə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etmələri, 613 nəfərin həlak olmağı, 487 nəfərin yaralanmağı, 1275 nəfər əsir götürülməsi, 150 nəfər itkin düşməsi barədə məlumat verdi. Konfransın məqsədi –Beynəlxalq aləmdə Xocalı genosidinə olan münasibətdən söhbət açmaq idi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.