“Zərif intellektuallar-2” lahiyəsi (II seçim turu)
21 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

21 fevral 2019-cu il tarixdə Şirvan Gənclər Evində 8 Mart – “ Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təşkil olunmuş “Zərif intellektuallar-2” lahiyəsi çərçivəsində keçirilən “Breyn-ring” intellektual oyununun ikinci seçim turu keçirilmişdir. Yarışmada 9 komanda (5 nəfər qız) üzrə 45 nəfər gənc qız iştirak etmiş, ən yüksək bal toplayan 2 komanda 07 mart 2019-cu il tarixdə keçiriləcək final turuna vəsiqə qazanmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.