“Zərərli vərdişlərə sağlam düşüncə ilə qalib gəl”
20 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

20 fevral 2019-cu il tarixdə Şirvan şəhər 21 nömrəli orta məktəbin IX-XI sinif şagirdləri ilə “Zərərli vərdişlərə sağlam düşüncə ilə qalib gəl” mövzusunda tədbir keçirildi. Tədbirdə Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək gəncləri narkomaniyadan uzaq olmağa səslədi, narkomaniyanın fəsadları haqqında məlumat verdi. Mövzusu narkomaniyanın fəsadlarını əks etdirən, Şirvan Gənclər Evi tərəfindən çəkilmiş “Bir dəfədən heçnə olmaz” adlı qısametrajlı film izlənildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.