“Fərdi özünüinkişaf təlimi”
28 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

28 fevral 2019-cu il tarixdə Şirvan Gənclər Evində Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin İnkişafına və Təşəbbüsünə dəstək” İctimai Birliyinin və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc fəallar klubu” layihəsi çərçivəsində təlimçi Sənan Nəcəfovun təqdimatında 3 günlük “Fərdi özünüinkişaf təlim”lərinə start verildi. Təlimdə qeydiyyatdan keçmiş 94 nəfər gənc iştirak etdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.