1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr edilmiş maarifləndici tədbir
01 dekabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02 dekabr 2016-cı il tarixdə rayon Gənclər Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqa bağışlanan ömür “ adlı şeir müsabiqəsi keçirilmişdir.

Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Müsabiqənin münsiflər heyəti əvvəlcə məktəblilərə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışmışdırlar. Qeyd edilmişdir ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Daha sonra məktəblilər ulu öndərin xatirəsinə olan sevgi və rəğbətlərini söylədikləri şeirlər vasitəsitəsilə göstərmişdirlər. Müsabiqə iştirakçıları Suraxanı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Zəkiyyə Hüseynova, Q.Abbasov adına Mədəniyyət Evinin bədii rəhbəri Bəhiyyə Nağıyeva və M.Ə.Sabir adına Mədəniyyət Evinin direktoru Cavid Məlikovun iştirakı ilə təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilmişdirlər.

Sonda istedadı ilə fərqlənən şagirdlər diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.