“Könüllü fəaliyyətinlə seçil” mövzusunda təlim-seminar
19 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

19 fevral 2019-cu il tarixdə Şirvan Gənclər Evində gənclərin könüllü fəaliyyətinə cəlb olunması və marağın artırılması məqsədilə təlim seminar keçirilmişdir. “Könüllü fəaliyyətinə qoşulmaqla hansı üstünlükləri əldə etdim?” mövzusu üzrə sorğu hazırlanmış, könüllülər sualları cavablandırmışdır. Sorğunun cavabları ətrafında müzakirələr aparılmışdır. Həmçinin könüllülərə gələcək aylarda Gənclər Evində keçiriləcək müxtəlif mövzulu tədbirlər və onların üzərinə düşən vəzifələr haqqında istiqamət verilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.