Şirvan Gənclər Evində görüş
18 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Şirvan Gənclər Evinin fəaliyyəti haqqında yeniyetmə və gəncləri məlumatlandırmaq məqsədilə 18.02.2019-cu il tarixdə Şirvan şəhər 21 nömrəli orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirilmişdir. Görüşdə Gənclər Evinin bütün kurs, dərnək və klubları haqqında ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Görüşdə Gənclər Evinin fəaliyyətini əks etdirən bukletlər paylanılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.