"İşsizlikdən sığorta haqqinda” seminar müşavirə
19 fevral 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Seminar-müşavirənin əsas məqsədi "Işsizlikdən sığorta haqqinda” Azərbaycan Respublikasının Qanunun və “Məşğulluq haqqında” qanunun tələblərinin icra vəziyyətinin izah olunması ilə bağlı olmuşdur. Belə ki, izahatda Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “Məşğulluq 1(aylıq, rüblük, illik) hesabatların yuxarıda göstərilən qanunlarda əks olunan anlayışlara uyğunlaşdırılması və fərdi məşğulluq proqramlarının tərtib olunması ehtiva olunmuşdur.

Seminarı giriş sözü ilə Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov açmış, qeyd olunan məsələlərlə bağlı izahlar vermiş, iştrakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.