“Xocalı faciəsi gənclərin gözü ilə” mövzusunda dəyirmi masa
25 fevral 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "Xocalı faciəsi gənclərin gözü ilə" mövzusunda dəyirmi masa keçirilib.

Mövzu ətrafında çıxış edənlər xalqımızın Azərbaycan əsgərinə güvəndiyini vurğulayaraq, gəncləri Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında fəal olmağa çağırıblar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.