"Sumqayıt hadisələri- 31 il öncə" adlı dəyirmi masa
27 fevral 2019 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt Gənclər evində Sumqayıt hadisələri ilə bağlı dəyirmi masa keçirilmişdir.

27.02.2019-cu il tarixdə Sumqayıt Gənclər evində "Sumqayıt hadisələri- 31 il öncə" adlı dəyirmi masa təşkil olunmuşdur. 40- a yaxın gəncin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Gənclər evinin direktoru Pəri Vəliyeva hər kəsi salamlayaraq, 1988-ci il fevralın sonlarında Sumqayıt şəhərində törədilən kütləvi iğtişaşlardan və bu hadisələr ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədindən bəhs etmişdir. Sumqayıt hadisələrini əks etdirən video-çarx nümayiş olunduqdan sonra Sumqayıt Dövlət Universitetinin professoru, Sumqayıtda baş verən hadisələrlə bağlı professor R.Məmmədovla apardığı araşdırılmaların nəticəsi olaraq “Sumqayıt: milli əsarət, ya milli səxavət?” kitabının müəllifi Həsən Sadıqov da çıxış edərək o dövrdə “Krunk” adlı erməni təşkilatı fəaliyyətindən, bütün qatı millətçilər oraya toplaşmasından və təşkilatın yeganə məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək istəyindən, bu məqsədlə ermənilərdən kütləvi şəkildə pulların yığmasından gənclərə məlumat vermişdir. Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin 4-cü kurs tələbəsi Kənan Qubadov da gənc olaraq hadisələrlə bağlı öz fikirlərini bölüşmüşdür.

Tədbirin sonunda bu gün müasirləşən Sumqayıt şəhərindən, ölkə rəhbərinin Sumqayıt şəhərinə göstərdiyi diqqətdən və şəhərdə son illərdə yaradılan sosial binaların əhəmiyyətindən, aparılan abadlıq-quruculuq işlərindən bəhs edilərək videoçarx nümayiş olunmuşdur.

Tədbirinin sonunda Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva şəhərimizdə gənclər üçün yaradılan şərait üçün ölkə və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildirmiş və hər zaman gənclərə prezidentimizin etrafında sıx birləşməyi tövsiyyə edərək dövlətçiliyimizi qorumağı bildirmişdir.

Sonda gənclərə maarifləndirici bukletlər paylanılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.