“Bir dəfədən heçnə olmaz” filminin təqdimatı
15 fevral 2019 | Şirvan rayonu, Azərbaycan Respublikası

15 Fevral 2019-cu il tarixdə Şirvan Gənclər Evində Şirvan Gənclər Evinin və MAC Reklam Agentliyinin əməkdaşlığı ilə çəkilmiş narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bir dəfədən heçnə olmaz” adlı maarifləndirci qısametrajlı filmin təqdimatı keçirildi və film nümayiş olundu. Təqdimatda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan işçilər, rəhbər heyyət və fəal gənclər iştirak etdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.