“Əsrin faciəsi 27 il”
25 fevral 2019 | Şirvan rayonu, Azərbaycan Respublikası

25 fevral 2019-cu il tarixdə Şirvan Gənclər Evində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Əsrin faciəsi 27 il” mövzusunda anım tədbiri keçirilmişdir. Tədbirdə iştirakçılara düşmənlərimiz tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr haqqında geniş məlumat verilmiş, rejissoru Vahid Mustafayev olan “Xoca” filmi nümayiş olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.