"Qarabağ tariximiz yaddaşlarda" adlı intellektual oyun
21 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

Azərbaycan gəncliyi 2017-2021 ci illərdə Dövlət proqramının həyata keçrilməsi üzrə tədbirlər proqramında nəzərdə tutulan "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi" istiqaməti üzrə Azərbaycan tarixinin təbliğinə xidmət etmək məqsədilə 21 fevral 2019 cil saat 15:00-da Saatlı Heydər Əliyev Mərkəzində “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin, Saatlı Gənclər və İdman İdarəsinin və Saatlı Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə "Qarabağ tariximiz yaddaşlarda" adlı intellektual oyun keçirildi.

İntellektual oyunun qalibləri:
1. Saatlı şəhər Valeri Əsgərov adına 4 saylı tam orta məktəb. Birinci yer.
2. Varxankənd tam orta məktəb. İkinci yer.
3. Qıraqlı kənd tam orta məktəb. Üçüncü yer.

Qaliblər mart ayında keçriləcək Saatlı Gənclərinin I Forumuda mükafatlandırılacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.