1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr edilmiş maarifləndici tədbir
01 dekabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 30 noyabr 2016-cı il tarixdə rayon Gənclər Evində 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.

Tədbir rəsmi hissə və konsert proqramından ibarət olmuşdur. Rəsmi hissənin açılışında Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov çıxış etmişdir. Daha sonra əlaqədar qurumlardan dəvət olunan QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Ziyad Nəsibov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Eldar Sadıqov, QİÇS-lə Mübarizə Mərkəzinin laborantı Çəmən Hüseynova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Səfadə Tağıyeva çıxış edərək yeniyetmə və gənclərə xəstəlik barədə geniş və ətraflı məlumat vermişlər, iştirakçıları maraqlandıran sualları cavablandırmışdırlar. Tədbir zamanı iştirakçılara bukletlər paylanılmış, onlardan könüllülük əsasında qan nümunələri götürülmüş, xüsusi testlərlə yoxlama aparılmışdır.

Maarifləndirici tədbirin ikinci hissəsində Bülbülə Mədəniyyət Evinin kollektivi rəqs və musiqi nömrələri ilə çıxış etmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.