Özünüməşğulluq proqramı
oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

2016-ci ildə qeyri-neft sektorunun və sahibkarlıq fəaliyyətinin inkişafı nəticəsində yeni iş yerlərinin yaradılması, o cümlədən “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya iclasında təsdiq edilmiş “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili tələbləri” əsasında məqsədyönlü işlər aparılır.

Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar şəxsi biznesin qurulması və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərə cəlb edilirlər. Özünüməşğulluq fəaliyyətinin həyata keçirilməsi üçün Binəqədi rayonu üzrə təlimçilər seçilmiş, müvafiq təlim kurslarını başa vurduqdan sonra sertifikatla təmin olunmuş və fəaliyyətə başlamışlar.

Təlimçilərin özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları seçməsi və təlimlərin aparılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətindən daxil olmuş 2016-cı il 18 oktyabr tarixli 03/11-11-24-11-31/1908 nömrəli məktubun icrasına uyğun olaraq Binəqədi rayon Gənclər evində tam şərait yaradılıb, iş otaqları ayrılıb və lazımi ləvazimatlarla təchiz olunub. Binəqədi Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçən və özünüməşğulluq proqramında iştirak etmək istəyən vətəndaşlar təlimçilər tərəfindən qəbul olunur və seçim aparılır.

Seçim aparıldıqdan sonra vətəndaşların özünüməşğulluq fəaliyyətinə başlamaları üçün təlimlər təşkil olunacaqdır. Təlimləri müvəffəqiyyətlə başa vuran vətəndaşlar seçdikləri fəaliyyət növləri üzrə lazımi avadanlıqlarla təmin olunacaqlar. Özünüməşğulluq proqramının həyata keçirilməsində əsas məqsəd kiçik biznesin inkişaf etdirilməsi və gənclərin məşğulluğunun artırılmasıdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.