“Nəsimi” filminin nümayişi
15 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etmişdir. Bu münasibətlə Şirvan Gənclər Evində 15 fevral 2019-cu il tarixdə Milli kino günləri çərçivəsində “Nəsimi” filmi nümayiş olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.